• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1755
— 26.12.2018 14:33

Gəncədə 200 çarpayılıq Psixiatriya xəstəxanası tikilir

KepezTV Player

Yeni ərazidə tikilən binada işlərə bu ilin iyul ayında başlanılıb. Layihəyə görə xəstəxana üçün ayrılan ümumi sahə 5140 kvm-dir və ərazinin 1018 km metrində tikinti işləri aparılıb. Xəstəxananın binası zirzəmi də daxil olmaqla 6 mərtəbədir. Hazırda sonuncu mərtəbənin beton işləri başa çatmaq üzrədir. Burada işlər başa çatdıqdan sonra binanın dam örtüyü vurulacaq. Səhiyyə müəsisəsinin binasına əsas və ehtiyat girişlər var. Burada üç mərtəbədə ara kəsmələr və otaqlarda beton suvaq işləri görülüb başa çatıb.Birinci mərtəbə inzibati işçilər olacaq və binada tikinti işləri başa çatdıqdan sonra  müasir tibbi avadanlıqlarla təchiz ediləcək. Bundan başqa həyətdə oturacaqlar qoyulacaq, gecə işıqlanıdrma dirəkləri eləcədə yaşllıq zolağı da salınacaq. Bütün işlərin gələn ilin sonuna təhvil verilməsi nəzərdə tutulub.

Qəzənfər Quliyev iş icraçısı: “Obyektin özünün kiçik obyektləri də var. Qazanxana,çamaşırxana, transfarmator yarımstansiyası, 220 kubluq 2 su hovuzu var ki, hansı ki, bu binanı isti və soyuq su ilə təzhiz edəcək. İstilik və elektrik eləcədə su xətlərinin çəkilməsinə isə gələn ildən başlayacağıq”.

Elnur Vahidoğlu