• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2185
— 26.12.2018 14:36

Ölkəmizin qərb qapısında sakinlər həmrəylik nümayiş etdirib

KepezTV Player

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Qazaxda bayram tədbiri təşkil olunub. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edildiyinə, gənc müstəqil Azərbaycanın dahi şəxsiyyətin rəhbərliyi ilə dünyaya günəş kimi doğduğuna diqqət çəkilib. Qazaxda 2018-ci ildə görülən işlərə nəzər yetirilib. İnfrastruktur layihələrin həyata keçirildiyi, rayonun tam qazlaşdırıldığı, yeni təhsil və səhiyyə müəsssiələrinin inşa edildiyi, əhalinin  məşğulluğunun təmini isiqmətində addımlar atıldığı vurğulanıb. 2019-cu ildə rayonda yeni emal və istehsal müəssisələrinin istifadəyə verilməsi planlaşdırılır. Bayram tədbirində rayonun ictimai-siyasi həyatında, tikinti-quruculuq işlərində fəal iştirak edənlərə eləcədə respublika və beynəlxalq idman yarışlarında naliyyət qazanan gənclərə İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub. Tədbir tanınmış incəsənət ustalarının eləcədə Şaxtatababa və Qar qızın iştirak etdiyi geniş konsert proqramı ilə davam edib. Sonda uşaqlara bayram hədiyyələri paylanılıb.

Natiq Hüseyn