• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2055
— 26.12.2018 13:18

Avtomobil yanıb

KepezTV Player

Saatlı rayonunun Qarayev kəndi ərazisində avtomobil yanıb. Şirvan şəhər sakini Zaur Musayev avtomobillə hərəkətdə olarkən onun ön panelinin tüstüləndiyini görüb. Sürücü avtomobilə elektrik verilişini dayandırsa da alovun qarşısını ala bilməyib. Yanğın zamanı xəsarət alan olmasa da, avtomobil tamamilə yanaraq sıradan çıxıb. Hadisə yerinə FHN-nin Sabirabad yanğından mühafizə dəstəsinin əməkdaşları gələrək alovun qarşısını alıblar. Faktla bağlı araşdırma aparılır.