• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 673
— 26.12.2018 10:03

Ayda yadplanetlilərin bazası tapılıb?

Ufoloqlar qrupu Ayın növbəti görüntülərini incələyərkən, qəribə dördbucaqlı dəlik aşkar ediblər.

Əcaib tapıntı ufologiyaya həsr edilmiş bir çox saytın əsas xəbəri olub. Təəccüblü tapıntının müəlliflərindən biri tayvanlı mütəxəssis Skott Uorinq əmindir ki, həmkarları ilə birgə onlar yadplanetlilərin Ayın daxilində yerləşən məxfi bazasına girişi tapıblar. Skott çoxdan şübhələnirdi ki, bizə ən yaxın göy cismi əslində yerdən kənar sivilizasiyanın nümayəndələri tərəfindən yaradılmış süni obyekt ola bilər.

Hər halda, ufoloqlara görə, Ayın səthindəki qara düzbucaqlı dördbucaq növbəti ciddi sübutdur ki, Ayda hər şey dünya və xüsusilə NASA alimlərinin bizi inandırdıqları qədər sadə deyil. Tapıntının müəlllifləri Yer kürəsinin təbii peykində tapılan bu anomaliyanın elmi izahını tələb edirlər.