• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 26.12.2018 10:01

Yeni neyroşəbəkə realistik insan sifətləri yaradır

NVIDIA şirkətinin tədqiqatçıları realistik görünən insanları generasiya edən alqoritm üzərində uzun illər çalışdıqdan sonra Generative Adversarial Networks (GAN) adlı neyron şəbəkəsi real insanların şəkillərindən fərqlənməyən fotoşəkillər yaratmağa başlayıb. Süni intellekt tərəfindən yaradılan sifətlər "üslubun ötürülməsi" (style transfer) kimi tanınan metod vasitəsilə formalaşdırılır. Neyroşəbəkə bir şəklin xarakteristikasını digəri ilə birləşdirir. Generator fotoşəkili üç üslubun birləşməsi kimi nəzərdən keçirir: "kobud üslublar" (poza, saçlar, üzün forması), "orta üslublar" (üz və gözün xüsusiyyətləri) və "incə üslublar" (rəng sxemi). Mütəxəssislərin sözlərinə görə, alqoritm, həmçinin kiçik heyvan və ya obyektlərin şəkillərini yarada bilir. Lakin sistemdə hələlik mükəmməl olmaması səbəbindən saxta şəkillərin yaradılmasına imkan verən əlamətlər mövcuddur. Məsələn, ən çətin hissə saçların yaradılmasıdır. Saçların realistik formalaşdırılmasının çətinliyi ilə əlaqədar olaraq neyroşəbəkə şəkillərində onlar adətən rənglənmiş və ya qeyri-təbii görünürlər.