Avropanın İdman Şəhəri tituluna yiyələnən Gəncədə 2019-cu ildə nəzərdə tutulan müxtəlif tədbirləri yüksək səviyyədə təşkil etmək üçün bir sıra məkanlardan istifadə olunacaq. Yarışların Nizami yurdundakı komplekslərlə yanaşı qonşu rayon Göygöldə də keçirilməsi planlaşdırılıb. Açıq hava altında keçiriləcək idman tədbirləri Gəncədə baş tutacaqsa, qapalı məkanlarda reallaşacaq yarışların bəzilərinə Göygöl Olimpiya İdman Kompleksi ev sahibliyi edəcək. Buna səbəb təmirə ehtiyac duyan yerli olimpiya idman kompleksinin mövcud vəziyyətidir. Qeyd edək ki, Göygöldəki idman qurğusu böyük yarışların təşkil olunması üçün təcrübəyə malikdir. Ötən il bu kompleksdə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin oyunları düzənlənib.
Müşviq Cəfərov – Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: Təmir prosesi uzun prosesdir. Bu baxımdan qapalı məkanlardakı yarışlarda o qurğudan istifadə olunacaq. Bu qurğular da hamısı Gənclər və İdman nazirliyinin balansındadır. Ancaq açıq havada olan tədbirlər, yarışlar, marafonlar, velosiped yürüşləri, o cümlədən idman festivalları Gəncədə təşkil ediləcək.
Orxan Cəfərzadə
- Baxış: 644