• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2287
— 25.12.2018 10:05

Polietilen torbaların istifadəsi məhdudlaşdırıla bilərmi?

KepezTV Player
Artıq bəzi inkişaf etmiş ölkələrdə polietilet torbaların istifadəsi qadağan edilib. Həmin ölkələrdə belə polietilen torbaların əvəzinə kağız torbalardan istifadə edilir. Lakin daha bir alternativimiz var. Nənə-babalardan miras qalan toxunma torbalar kimi. Bəs, ölkəmizdə vəziyyət necədir? Polietilen torbaların istifadəsi məhdudlaşdırıla bilərmi? Jalə bu mövzunu araşdırıb, birlikdə izləyək.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan təhlilə görə, ölkədə adambaşına ildə 24 kq plastik tullantı əmələ gəlir. 2009-cu ilə görə plastik torbaların ölkədə istehsalı 2 dəfəyə qədər, bu məhsulların ölkəyə idxalı isə 5 dəfəyə qədər artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu məsələnin həlli istiqamətində ardıcıl işlər görülür.

Artıq bazarlarda məhsul alarkən selofan torbalardan deyil, bu cür (parça torba) torbalardan istifadə etməli olacaqsınız. Çünki qaydalar dəyişir.

Buna səbəb plastik tullantıların planetə verdiyi kəskin zərərlərdir. Belə ki, hazırda okean sularında 5 trilyondan artıq plastik maddə var. Əgər 1950-ci ildə 2.3 milyon ton plastik istehsal edilirdisə, 2015-ci ildə bu rəqəm 448 milyon ton olub. İstehsal edilən plastikin 40 faizdən artığı birdəfəlik istifadə üçün nəzərdə tutulur. Plastik maddə azı 450 il ərzində parçalanmadan təbiətdə qalır. National Geografik jurnalı bildirir ki, bu artım belə davam etsə 2050-ci ildə bütün su quşları və böyük balıqlar plastik maddə yeyəcəklər. Bu tullantıları yeyən böyük balıqların sonu isə adətən ölümlə nəticələnir. Araşdırmalar göstərir ki, plastik tullantılar eyni zamanda, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafına maneə yaradır.

Umayra Tağıyeva ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru:  “Hər birimiz marketə gedrəkən bir neçə selofanla evə qayıdırıq. Bu selofan torblara bildiyimiz kimi parçalanmır. 100 illlərlə ətarf mühitdə qalır. ətraf mühitin ifrat dərəcədə çirklənməsinə səbəb olur. Buna görə də Ekologoya və Təbii sərvətlər nazirliyi tərəfindən belə bir təşəbbüs irəli sürüldü. Və biz düşünürük ki, əhali bizi bu işdə  dəstəkləyəcək. Hər birinizə məsləhət görürük ki, xanımlarımız öz çantalarınızda parça torbalar olsun”.

Plastik torbaların istifadəsi bəzi ölkələrdə ödənişli satış və ekoloji vergi tətbiq etmək yolu ilə məhdudlaşdırılıb. Elə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də gələn ildən başlayaraq ticarətdə plastik torbaların ödənişli olması ilə bağlı müvafiq işlər görür və yaxın zamanda ölkədə birdəfəlik istifadə olan 50 mikrona qədər plastik torbaların istifadəsinin qadağan olunması nəzərdə tutulur. Bu cür torbalardan biz daha çox məişətdə istifadə edirik. ətraf mühitə də ziyan vuran məhz pinqivin dediyimiz torbalardır.

Mehman Nəbiyev ETSN-nin sektor müdiri: “Tullantların azaldılması tədbiri kimi olaraq bir sıra tədbirlərin görülməsinə artıq başlanmışdır. 50 mikrona qədər olan polietilen torbaların marketlərdə satış məntəqələrində ödənişli olması da nəzərimizdədir. Aidiyyəti qurumlarla biz razılaşdırıb və ictimaiyyətin rəyini nəzərə alaraq yəqin ki, bizim ölkəmizdə də yaxın vaxtlarda belə tədbirlərin görülməsi gözlənilir”.

Polietilen torbaların ödənişi və alternativləri nələr olacaq?

Mehman Nəbiyev ETSN-nin sektor müdiri: “Plastik torbaların istehsalçıları ilə biz görüşlər təşkil edirik. Onlarla müzakirələr aparılıb. Onlardan öz təkliflərini  vermək məsləhət görülüb. Hələ müzakirələr gedir. Razılaşdırmalar. Hələ ictimaiyyətin, jurnalistlərin rəyi nəzərə alınmaqla qiymətləndirmə aparılacaq ölkədə ödənşlimi olmalıdır? Qadağanmı olunmalıdır? Plastik torbaların ödənişli olması məsələsi onların istifadəsinin məhdudlaşdırlması tədbirləırindən yalnız biridir. Bununla bərabər yəqin ki, bu vasitələri əvəz edən onların alternativləri digər ölkələrdə olduğu kimi parça, kağız, kətan, pmabıq torbaların bizim bazara dasxil olması üçün də təşviqedici stimullaşdırıcı vergi, gömrük güzəştləri nəzərdə tutulur”.

Aparılan sorğunun nəticəsində məlum olub ki, əhalinin 93%-i plastik qabların istifadəsinin məhdudlaşdırlmasını dəstəkləyir.

Səhər Musayeva satıcı: “47 ildir ki, bu işə baxıram (yuxa istehsal edir). Əvvəllər selofanlar yox idi. Həmişə kağız klyoklarda verirdik. Indi də selofanlar yığışar daha yaxşı yenə kağız klyoklarda xidmət edərik millətimizə”.

Adil Satıqov satıcı: “Biz elə ata babadan əti kağıza büküb vermişik. Sonra selofana qoyuruq”.

alıcı: Həmişə parça torbalarla bazara gəlmişik. Laızm olar dəyişərik. Lazım olmazsa yenə bu torba ilə gələrik”.

alıcı: “Düz edirlər yığılsa yaxşıdır. Kağız, pmabıq materiallarından nəsə olsa yaxşıdır. əvvəllər evdə tor kimi çantalar var idi. Onunla bazarlıq edirdik. Hazırda da evdə var. Saxlayıram”.

alıcı: “İnsanların səhhəti üçün çox ziyanlıdır. Selofan torblar həqiqət ziyandır. Dədə babadan sumkalarda almışıq”.

Vilayət Qurbanov səbət toxuyan: “Dədə babadab bazara belə səbətlər gedirdi. İndi də yenə dəbdədir. 8-10 kq çəkiləri olur. Qiymətləri də tutumuna uyğun dəyişir. 5-7 manat arası dəyişir”.

Hər birimizin əsas vəzifəsi gələcəyimiz naminə ətraf mühiti qorumaqdır. Bu işdə əl ələ verək.