• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1488
— 25.12.2018 10:30

Elon Mask özünün ilk yeraltı tunelinin açılışını edib

Uzun gözləntilərdən sonra Elon Mask Los Ancelesin əyalət şəhəri Hotornda ilk yeraltı test tunelinin açılışını eləyib. Lakin bununla belə Mask bütün dünyanı təəccübləndirə bilib. Belə ki, o, yeraltı tunel nəqliyyatının konseptini tamamilə dəyişib. Ilk test tunelində Loop kapsulu və ya xüsusi platformanın yerinə Tesla elektromobili işə salınıb. Test tunelinin açılışı zamanı Mask bildirib ki, o, avtomobillərin tunel üzrə daşınması üçün nəzərdə tutulmuş xüsusi platformalar və sərnişinlər üçün olan Loop kapsulundan imtina edib. Tesla ilə The Boring Company şirkətinin mühəndisləri elektromobillərin özlərini bir növ sürətli qatarlara çeviriblər. Tesla elektromobilinin aşağı hissəsinə üfüqi müstəvi şəklində yerləşdirilmiş kiçik təkərlər quraşdırılıb. Onlar lazımi vaxtda elektromobilin aşağı hissəsinə daxil olur və vaxtında kənara çıxırlar. Onlar tuneldə elektromobili təyin edərək onun tunel divarlarına dəyməməsinə yardımçı olurlar. Maskın sözlərinə görə, bu özəlliyi alıcının Tesla elektromobilini sifariş edən zaman ona əlavə etmək mümkün olacaq. Bunun isə qiyməti əlavə 200-300$ təşkil edəcək. Beləliklə alıcının Tesla elektromobili Loop sisteminin nəqliyyat növünə çevriləcək. Bu halda elektromobil tunelin kənarlarında yerləşdirilmiş beton səthlər vasitəsilə hərəkət edir. Mütəxəssislər qeyd ediblər ki, The Boring Company tunelləri üçün məhz elə Tesla elektromobilləri daha yaxşı uyğunlaşır. Çünki sərnişin kapsulları iki əsas tələbə cavab verməlidirlər: Birincisi onlar elektrikləşdirilmiş olmalıdırlar, ikincisi isə saatda 240 km sürətlə hərəkət etməlidirlər. Təqdim olunmuş videoda tunel vasitəsilə yüksək sürətlə hərəkət edən Tesla Model X elektromobil modeli əks olunub. Gözləntilərə əsasən tunellərdə daimi olaraq The Boring Company şirkətinin özəl elektromobilləri hərəkət edəcəklər. Məsələn əgər piyada yeraltı tunel xidmətindən istifadə etmək istəsə o sadəcə olaraq tunelə eniş liftinin yaxınlığında dayanacaq Tesla elektromobilinə minərək tunelə lift vasitəsilə eniş edəcək və şəhərin istənilən yerinə səyahət edəcək.

Faktiki olaraq Mask sürətli metro ilə carsharing özəlliklərini özündə birləşdirən nəqliyyat növünü yaratmaq istəyir. Əgər irimiqyaslı tunel şəbəkəsini yaratmaq mümkün olsa, Maskın bu layihəsi demək olar ki, istənilən şəhər üstü nəqliyyat növünü tamamilə öldürəcək. İlkin plana əsasən Hotornda istifadəyə verilmiş tunel Los Anceles ilə Hotornu birləşdirəcək 27 km uzunluqlu tunelin bir hissəsi olacaqdı. Lakin ekoloji aktivistlərin bu layihəyə etirazları nəticəsində Mask hələlik uzun tunelin inşa edilməsini təxirə saldı. Bununla belə The Boring Company bir neçə tunelərin inşa edilməsi üzrə planlara sahibdir. Məsələn şirkət hazırda Los Ancelesin mərkəzi ilə beysbol stadionunu birləşdirəcək 5 km uzunluqlu tunel üzərində çalışır və həmçinin Çikaqo ilə Vaşinqtonda yeraltı nəqliyyat növünün yaradılmasını planlaşdırır.