• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1529
— 25.12.2018 14:41

12 saylı Ərazi Vergilər Departamentində sahibkarlarla görüş keçirilib

KepezTV Player

12 saylı Ərazi Vergilər Departamentində vergi məcəlləsinə edilən mühüm dəyişikliklərlə bağlı sahibkarlıq subyektləri ilə marifləndirici görüş keçirilib. Sahibkarlığa dəstək və biznes mühitinin yaxşıladırılması istiqamətində aparılan vergi islahatları iştirakçılara geniş şəkildə izah edilib. Əsasən 5 istiqamət üzrə təkminləşdirilən məcəllədə, sahibkarlara dəstək, vergi inzibatçılığının genişləndirilməsi, vergi güzəştlərinin tətbiqi, mövcud və yeni qəbul edilən vergi güzəştlərinin stimullaşdırılması kimi bəndlər yer alır. Dəyişikliyə əsasən qeyri neft sektorunda çalışan və əmək haqqı 8 min manata qədər olan işçilər 7 il müddətinə vergidən azad ediliblər. Bununla belə topdan satış ticarəti ilə məşğul olanlar, istehsal sahəsində işçi sayı 10 nəfərdən çox olan sahibkarlar, sadələşmiş vergidən azad olunaraq yeni ildən mənfəət və gəlir vergisinə cəlb olunacaqlar.

Rauf Mirzəyev 12 saylı Ərazi Vergilər Departamentinin idarə direktoru: Bundan əlavə startaplara 3 müddətinə vergidən azad ediliblər. Mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin gəlir və mənfəətləri vergidən azad edilib. Bundan əlavə kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyiciləri növbəti  5 ildə vergidən azad ediliblər.