• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2428
— 25.12.2018 14:38

Qazax Rayonlararası Ruhi Xəstəxanada bayram tədbiri təşkil olunub

KepezTV Player

Sağlam cəmiyyət, sağlam millət hər bir dövlətin inkişafı üçün olduqca vacibdir. Azərbaycanda səhiyyə sisteminin inkişafı da prioritet sahə kimi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu fikirlər Qazax Rayonlararası Ruhi Xəstəxanasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə keçirilən tədbirin qayəsini təşkil edib. Ruhi xəstəxanada aparılan təmir işlərindən sonra xəstələrin müalicə olunması və qidalanması üçün normal şəraitin yaradıldığı, 145 çarpayılıq Mərkəzi Xəstənana üçün binanın tikintisinin tamamlandığına diqqət çəkilib. Tədbir Şaxta baba və Qar qızın iştirakı ilə şən mahnı və rəqslərlə davam edib. Xəstəxanada müalicə olunanlara hədiyyələr verilib, bayram süfrəsi açılıb.

Natiq Hüseyn