• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1248
— 25.12.2018 14:11

Avtomobillə ekskovator toqquşub

KepezTV Player

Şəkidə də yol qəzası baş verib. Hadisə Sabit Rəhman küçəsində olub. Şəki şəhər sakini 38 yaşlı Teymur Burxanovun idarə etdiyi VAZ 2106 markalı avtomobillə ekskovator toqquşub. Nəticədə VAZ 2106-nın sürücüsü Teymur Burxanov xəsarət alıb. O dərhal Şəki MRX-ya çatdırılıb. Yaralıya qapalı kəllə beyin travması diaqnozu qoyulub. Xəstəyə ilkin yardım göstərildikdən sonrası ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.