• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 853
— 24.12.2018 14:43

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Gəncə şəhərinə səfər edib

KepezTV Player

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Gəncədə Nura Paşa muzeyinin açılışında olub, rəsm sərgisinə baxıb, körpələrə hədiyyələr təqdim edib. Diplomatın şəhər rəhbərliyi ilə də görüşü olub.  

Erkan Özoral Gəncədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşdə səfir Erkan Özoral Gəncəyə səfərindən məmmunluq duyduğunu, Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq əlaqələrində Nizami yurdunun xüsusi rolunu vurğulayıb. Gəncəyə səfəri çərçivəsində Nuru Paşa adına kitabxananın açılışı bird aha bunu təsdiqləyir. 40 minlik fonda malik kitabxanada 3 qiraət zalı var. Kitabxanadan dana çox Gəncə Dövlət Univertsitetinin xarici dillər və filologiya fakütltələrində təhsil alan tələblər yararlana biləcək. Məhsəti Mərkəzində sağlamlıq imkanları məhdud olan uşaqların əl işlərindən ibarət sərgi də maraqla qarşılanıb. Yağlı boya ilə işlənmiş təbiət mənzərələri, portretlər, toxuma nümunələri, mis və taxta üzərində oymalar, çini qablar üzərində milli ornomentli naxışlar və digər nümunələr xoş təəsurat yaradıb.

Erkan Özoral  - Türkiyənin Azərbaycandakı səfiri:  “Bütün bulardan böyük bir bəxtiyarlıq duyduq. Mən 2019-cu ilin Gəncəyə, Azərbaycana və bütün terk dünyasına xöşbəxtlikvə gözəllik gətirməsini arzulayıram. Hamının yeni ilini və Dünya Azərbaycanlılarını Həmrəyliyi günü münasibəti ilə təbrik edirəm.

Səfir şəhər rəhbərliyi ilə birgə Uşaq Evinə sığınan balacaların bayramlarını də təbrik edib. Valideyin himayəsindən məhrum olan 67 uşağın yaşadığı məkanda onların bütün qayğıları dövlət tərəfindən qarşılanır. Yeni il şənliyində uşaqların hazırladıqları səhnəciklər, əbədi bədii kompazisyalar, şən mahnı və rəqslər xş ovqat yaradıb, Şaxta baba və Qar qızın gəlişi isə tədbirə xüsusi rəng qatıb. Uşaqlara bayram hədiyyələri təqdim olunub və bayram süfrəsi açılıb.