• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 24.12.2018 14:18

Qazaxda 50 mənzilli yaşayış binası təmir edilib

KepezTV Player

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində Qazaxda çoxmərtəbli yaşayış binası təmirdən sonra istifadəyə verilib. Rayonda mövcud olan 163 çoxmərtəbəli yaşayış binasından 99-nun təmir edildiyi, sakinlərlə rayon rəhbərliyinin görüşü zamanı müraciətlərin əsasını çoxmərtəbli binaların dam örtüyünün dəyişdirilməsi və fasad hissəsnin təmirinin təşkil etdiyi vurğulanıb. Nəriman Nərminaov yaşayaış massivində təmir edilən 50 mənzilli binada əhalini narahat edən məslələlərdən olub. Çıxışlarda rayonda təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsindən də danışılıb. Hazırda rayon mərkəzində bağça binasının yeniləndiyi, xəstəxana kompleksində son tamamlanma işlərinin aparıldığı diqqətə çatdırılıb. Millət vəkillərinin də iştirak etdiyi tədbirdə sakinlərin müraciət və təklifləri də dinlənilib.

Natiq Hüseyn