• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1614
— 24.12.2018 14:26

Şəmkirdə bağça binaları yenilənməkdədir

KepezTV Player

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni il bayramı münasibəti ilə Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçasının əlavə korpusu  əsaslı təmirdən sonra qapılarını balacaların üzünə açıb. Açılış tədbirində çıxış edənlər Şəmkirdə tərbiyyə müəssisələrinin yenilənməsi istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, son illər ərzində rayon mərkəzində və kəndlərdə yerli büddəcə hesabına 7 körpələr evi uşaq bağçası əsaslı şəkildə təmir olunub. Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Şəmkir şəhər 8 saylı körəpələr evi uşaq bağçası üçün yeni binanın inşası davam edtirilir. Bundan başqa Plankənd və Kür qəsəbəsində də mövcüd tərbiyyə müəssisələri yenilənməkdədir. Hər üçn bağça binasının yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır. Rəsmi hissədən sonra körpələr evi uşaq bağçasında yaradılan şəritlə tanışlıq olub. 8 qrupdan ibarət bağçada 150 uşağın normal tərbiyyə alması lazımı şərait yaradılıb. Bütün otaqlar bərk və yumşaq inventarla təchiz edilib.  Bina mərkəzi qazanxana sisteminə qoşulub.  Bağçanın məktəbə hazırlıq qrupunda uşaqların bilik və bacarıqlarının aratırılması üçün xüsusi otaqlar yaradılıb. Qeyd edək ki Şəmkir rayonunda ümumilikdə 52 körpələr evi uşaq bağçası fəaliyyət göstərir. Bu müəssisəslərdə 2770 uşaq tərbiyyə alır.

Natiq Hüseyn