• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 950
— 24.12.2018 14:23

Gəncədə 10-11-ci sinif şagirdləri arasında təbiət fənlərindən bilik yarışının yarım final mərhələsi keçirilib

KepezTV Player

Təhsil Nazirliyinin dəstəyi ilə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin “Yuxarı sinif şagirdlərinin kimya, fizika, biologiya fənlərinə olan marağın artırılması məqsədi ilə ümumşəhər bilik yarışlarının təşkili” layihəsi çərçivəsində yarışlara 300-dən çox şagird qatılıb, 46 müəllim isə ekspert kimi cəlb olunub. Yarım final mərhələsində 16, 17 və 26 nömrəli məktəblərin hər biri 6 əsas və 2 ehtiyat oyunçu olmaqla komandaları iştirak edib. Fənlər üzrə təqdim edilən 5 sualın cavablandırılmasına1 dəqiqə vaxt verilib. Cavablar 10 ballıq sistemlə qiymətləndirib. Daha yaxşı nəticə göstərən 16 nömrəli məktəbin şagirdləri finala vəsiqə qazanıblar.  Bilik yarışının son qarşılaşması gələn ilin fevralında olacaq. 

Nizami Rzayev - layihə rəhbəri – “ Bu layihəni Gəncə şəhərində keçirməkdə əsas məqsəd odur ki, kimya, fizika və bialogiya fənninə olan marağı artərmaqdı. Həqirətən biz buna nail olmuşuq. Şagirdlər çox böyük həvəslə, maraqla bu layihəyə diqqət yetirir.Məktəblərdə bu bilik yarışmasına qatılmaq istəyən hətta məğlub olan və yenə qatılmaq istəyən komandalar var. Bu şagirdlər arasında çox böyük stimul yaradıbdır. İnanıram ki, bu il həmin fənlərdən ali məktəblərə daxil olmaq istəyənlərin sayına müsbət təsir göstərəcək. Bizə təkliflər gəlir ki, humanitar sahə üzrə yarışlar olsa daha da yaxşı olar.

 

Elnur Vahidoğlu