• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1754
— 24.12.2018 13:35

Oğurluq edən dəstə üzvləri ələ keçdi

KepezTV Player

Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən evlərdən birinin pəncərəsi sındırılıb. İçəridən naməlum şəxslər tərəfindən dəyəri 3000 manat olan televizor və digər məişət əşyaları oğurlanıb. Bu barədə Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Abşeron sakini Rauf Əliyev, Sabirabad sakini əvvəllər məhkum olunmuş Əli Abbasov, Saatlı rayon sakini İlqar İsgəndərov və Sabunçu rayon sakini Fərrux Quliyev saxlanılıb. Dəstə üzvlərindən biri – Rauf Əliyev digər cinayətdə təqsirli bilindiyi üçün məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub. Araşdırma zamanı dəstə üzvlərinin məhz onun təklifi ilə qeyd edilən mənzildən oğurluq etdikləri məlum olub.

Saxlanılan şəxslər oğurluğa dəstənin digər üzvü Fərrux Quliyevin avtomobili ilə gediblər. Quliyev oğurluq əşyaları sonradan 300 manat müqabilində digər şəxslərdən alaraq yaşadığı evə aparıb.

Gördüyünüz bu şəxslərin digər cinayətlər törətməsi də istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə və ya 42-ci Polis Bölməsinə müraciət edə bilərlər.