• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2457
— 22.12.2018 15:33

Gəncə Dövlət Filarmoniyasının kamera orkestri konsert verib

KepezTV Player

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Firkrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kamera orkestri konsert verib. Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar incəsənt xadimi Mehparə Cəfərova, eləcə də digər solistlər çıxış ediblər. Dünya klassiklərinin musiqiləri ilə yanaşı, Üzeyir Hacıbəyov, Arif Məlikov, Fikrət Əmirov, Tofiq Quliyev, Aqşin Əlizadə və digər yerli bəstəkarların əsərləri səsləndirilib.

Rəfael Bayramov orkestrin dirijoru, Xalq artisti: “Bu proqram yeni proqramdı. Daha sonra gələcəkdə də tam yeni proqramla çıxış etməyə hazırlaşırıq. Bizim dinləyicilər bizdən çox şey gözləyir. Bizim də ən ümdə məsələmiz öz dinləyicilərimizin arzularını yerinə yetirməkdi”.

Elnur vahidoğlu