• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2404
— 22.12.2018 15:13

Ekoloji qanunvericiliyin tələblərini pozanlara qarşı ciddi tədbirlər görülüb

KepezTV Player

2018-ci il ərzində Ekoloji qanunvericiliyin tələblərini pozanlara qarşı 10 Saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ciddi tədbirlər görülüb.  Ümumilikdə 148 akt və protokol tərtib olunub. Onlardan 72-nin məcburi icrasına göstəriş verilib, 50100 manat cərimə tətbiq olunub.  Yaşıllıqların mühafizəsi ilə bağlı aşkarlanan qanun pozuntularında 44 protokol üzrə 30 min 600 manat cərimə kəsilib. Ümumilikdə geridə qalan il ərzində 10 saylı Regional İdarə Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna 82 min 365 manatın ödənilməsini təmin edib.

Reyhan İsgəndərova  10 Saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquqşünası: “Bununla belə idarəmiz tərəfindən daxilində fliyyət göstərən, monitorinq və ekoloji marifləndirmə sektoru tərəfindən, bir sıra təhsil müəsisələrində, tullantı poliqonlarında, müşahidələr apararaq marifləndirmə işləri aparmışdır. Digər müəsisələrdə də, eləcə də səhiyyə idarələrində, monitorinq və ekoloji marifləndirmə sektorunun əməkdaşları işlər aparmışdır”.