• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2306
— 22.12.2018 16:51

AQTA Gəncədə növbəti regional görüşünü keçirib

KepezTV Player

Qida Təhlükəsziliyi Agentliyinin rəsmiləri Gəncədə sahibkarlar, ictimai iaşə müəssisələri və bazar tipli ticarət mərkəzlərinin rəhbərləri ilə görüş keçiriblər. Əsas müzakirə mövzusu xüsusilə də bazar tipli ticarət mərkəzlərində qida təhlükəsizliyinin təmin edilməsi olub. Sahibkarlara tətbiq edilən yeni standartlar barədə məlumat verilib. Qeyd olunub ki, qarşıda duran əsas vəzifə qida zəncirinin bütün mərhələlərində - tarladan süfrəyədək qida təhülkəsizliyini təmin etməkdir.

Qalib Abduləliyev - Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri: Bazar rəhbərlərinin bazar tipli ticarət mərkəzlərində baytarlıq sanitariya tədbirlərinin aparılması eyni zamanda heyvan kəsimi müəssisələrinin yaradılması və heyvanların ancaq müvafiq müəssisələrdə kəsimdən əvvəl baytarlıq müayinəsindən və kəsimdən sonra baytarlıq sanitariya ekspestizasından keçirilməsi məsələləri əsas müzakirə mövzusudur.

Natiq Hüseyn