• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1656
— 21.12.2018 14:15

Gəncədə Qida Təhülkəsizliyi Agentliyi sahibkarlarla görüşüb

KepezTV Player

Tədbirdə Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Bərdə, Tərtər, Ağsu, Kürdəmir, Mingəçevir, Şəki, Zaqatala, Balakən, Lənkəran, Masallı rayonundan 60-dan çox kənd təsərrüfatı məhsulları istehsalçısı və ixracatçısı iştirak edib. Sahibkarlar qarşılaşdığı çətinliklərlə bağlı təşkilatçılara cavab axtardıqları suallar ünvanlayıb. Görüşə  Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsinin əməkdaşları da dəvət olunub. İştirtakçıların istehsal və ixracla bağlı bilməli olduğu nüanslar onlara izah edilib.

Nofəl Şəfiyev - mingəçevirli sahibkar: İki növ üzrə sahibkarlıq fəaliyyəti göstərirəm. Həm iri buynuzlu heyvandarlıq, həm də istixana təsərrüfatım var. Ikici dəfədir belə tədbirdə iştirtak edirəm. Bütün məsələlər üzrə biz burada maarifləndirilirik.

Jalə Əmirbəyova - qusarlı sahibkar: Çox təəssüf ki, daxili bazarlarda olan məhsullara ciddi nəzarət yoxdur. Mənə rlə gəlir ki, Qida təhülksəizliyi onlara da ciddi nəzarət etməlidirlər. Çünki bu gələcək nəsillərin sağlamlığı deməkdir. Bu Agentliyin məmurları kənd təsərrüfatıl sahəsində çalışan məmurlarla çox sıx əlaqədə olmalıdırlar. Həm maariflənmə, həm də nəzarət işlərində. Sizə deyim ki, məşğul olurlar.

Xəyalə Dadaşova - Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri: Ümumiyyətlə sahibkarlarda ixrac prosesləri zamanı məhsulklarda hansı zərərli orqanizmlərin olmaması, qarşı ölkələrin tələbləri, ixrac zamanı hansı amillərə daha çox diqqət yetirməlidrlər. Sahibakrlardsa yaranan suallar budur ki, ixrac zamanı və eyni zamanda ixracdan sonra qarşı ölkələrdə müvafiq problemlərlə qaşılaşmasınlar. Qida Təhülkəsizliyi Agentliyi tərəfindən bitki və bitkiçilik məhsulalrının ixracı zamanı qarşı ölkənin tələbindən asılı olaraq fitosanitar seritifikatı, eyni zamanda qida təhlükəsizliyi sertifikatı verilir.