• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 686
— 21.12.2018 14:11

Gəncə regional miqrasiya idarəsinin əməkdaşları türk vətəndaşları ilə görüşüb

KepezTV Player

Türkiyənin Gəncədəki baş konsulluğunun təşəbbüsü ilə Gəncə regional miqrasiya idarəsinin əməkdaşları şəhərdə və ətraf rayonlarda yaşayan türk vətəndaşları ilə görüşüb. Qanunsuz miqrasiya hallarının qarşısının alınması, miqrantların hüquqlarının qorunması və vəzifələrinin yerinə yetirilməsi müzakirə edilən əsas mövzu olub. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı müraciətlərə baxılması, Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı qəbul edilən qərarlar barədə məlumatlar verilib. Görüşdə Türkiyə vətəndşalarının miqrasiya ilə bağlı qarşılaşdıqları problemlər və onları bu sahə ilə bağlı maraqlandıran suallara da aydınlıq gətirilib.

Zeki Öztürk - Türkiyənin Gəncədəki baş konsulu: “Miqrasiya ilə bağlı problemlər yaşanmadan daha yaxşı şəkildə Azərbaycanda həyatlarını sürdürmələri üçün vətəndaşlarımız üçün bu tədbir keçirildi. Birdə türk vətəndaşları hava limanlarında viza başvurularının, eyni zamanda sərhəd keçid məntəqlərində  viza məsələrinin sadələşdirilmiş şəkildə tətbiq olunmasının Azərbaycan tərəfinin tez bir zamanda həll etməsindən ayrıca bir məmmunluq duyarıq.