• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1956
— 21.12.2018 14:08

Samuxda uşaqlar üçün Yeni İl şənliyi təşkil olunub

KepezTV Player

Samuxda Qarabağ əlilləri və şəhid ailələri, eləcə də aztəminatlı və imtiyazlı ailələrin övladları üçün bayram şənliyi təşkil olunub. Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təbriklər səslənib, 2018-ci ilin Samux üçün də uğurlu olduğuna diqqət çəkilib. İnfrastruktur layihələrinin həyata keçirildiyi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 uşaq bağçasının inşa edilərək istifadəyə verildiyi vurğulanıb. Rayonda fəaliyyət göstərən 18 tərbiyyə müəssisəsinin mərhələli şəkildə yeniləndiyi vurğulanıb. Bayram şənliyi Şaxta baba və Qar qızın da iştirak etdiyi maraqlı proqramla davam edib. Balacaların bir-birindən maraqlı çıxışları iştirakçılarda xoş ovqat yaradıb. Balacalara hədiyyələr verilib.

Gülmira Nəbiyeva - Samux şəhər 5 saylı körəpələr evi-uşaq bağçasının müdiri: Samux şəhər 5 saylı uşaq bağçası Heydər Əliyev fondunun təşəbbüsü ilə inşa edilib. Bağçamızda yaradılna şəraitdən maksimum yararlanaraq bütün bayramlarımızı tənənəli qeyd edirik. Bu günkü tədbirimizdə isə həm öz uşaqlarımız həm də xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak edir. Onlarda yaxşı əylənib mənalı istirahət edirlər.

Natiq Hüseyn