• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2190
— 21.12.2018 14:01

Gəncə güləşçiləri Azərbaycan çempionatında 2 qızıl və 1 gümüş medal qazanıblar

Bakı idman sarayında təşkil edilən güləş üzrə kişilər arasında Azərbaycan çempionatı başa çatıb. Son yarış günü sərbəst güləşçilər xalça üzərində bacarıqlarını göstəriblər. 3 çəki dərəcəsində Gəncə güləş məktəbinin yetirməsi makafatçılar sırasında yer alıb. 65 kq çəkidə Turan Bayramov və  86 kq-da Murad Süleymanov bütün rəqiblərini üstələyərək ölkə çempionu adına layiq görülüblər. Bayramov bu il qatıldığı yarışlarda bütün titulllara sahib çıxıb. Yeniyetmələr arasında Avropa, dünya və olimpiya çempionu olan pəhləvan bu uğurlarına Azərbaycan çempionatının qızıl medalını da əlavə edərək 4 müxtəlif yarışın qalibi olub. 61 kq-da güləşən Nizami yurdunun yetirmələrindən Ruslan Qasımov isə yalnız finalda uduzmaqla gümüş medalla kifayətlənib.

 

Orxan Cəfərzadə