• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2168
— 21.12.2018 13:25

Konfetlərin arasından kalium permanqanat çıxdı

KepezTV Player

Rusiya istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Şirvanlı" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşı saxlanılıb. Əl yüklərinə rentgen aparatı ilə baxış zamanı konfet kağızlarına bükülmüş formada, konfetlərin arasından 10 ədəd 5 qramlıq şüşə flakonda kalium permanqanat aşklarlanıb. "Marqans" kimi tanıdığımız bu maddə "Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların IV Siyahısı"na daxildir.