• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2511
— 21.12.2018 13:28

Uşaq bağçası yandı, xəsarət alan var

KepezTV Player

Qazaxda yanğın olub. Hadisə şəhərin Zeynalabdin Tağıyev küçəsində yerləşən, müvəqqəti olaraq hazırda uşaq bağçası kimi fəaliyyət göstərən inzibati binada qeydə alınıb. Yanğın nəticəsində orada mühafizəçi işləyən 52 yaşlı İman Bənnayev xəsarət alıb. Əraziyə Fövqaladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. 2 mərtəbəli binada baş vermiş yanğının qarşısı alınıb. Sahəsi 200 kv.m olan tikilinin 55 kv.m-lik hissəsi külə dönüb. İlkin ehtimala görə, hadisəyə elektrik naqillərində yaranan qısaqapanma səbəb olub. Dəqiq səbəblər araşdırılır.