• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1188
— 21.12.2018 13:32

48 yaşlı kişi avtomobilində qətlə yetirilib

KepezTV Player

Bakıda iş adamı qətlə yetirilib. Hadisə paytaxtın Xətai rayonunda baş verib. Şəhər sakini 48 yaşlı Fariz Vahabov Sadıqcan küçəsində özünə məxsus "Hyundai" markalı avtomobildə güllələnib. Naməlum şəxslər Vahabova əvvəlcə odlu silahdan atəş açıb, daha sonra isə bıçaqla qətlə yetiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun meyitini avtomobildə aşkarlayıblar. Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Qətli törədən şəxs və şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.