• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1410
— 21.12.2018 10:02

Huawei şirkəti Nova 4 adlı smartfon təqdim etdi

Huawei şirkəti Nova 4 adlı smartfon təqdim edib. Bu smartfon şirkətin ekran üzərində kamera üçün dairəvi hissəyə sahib ilk cihazıdır. Ekran üzərində kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə ənənəvi çıxıntı hissələrini əvəzləyəcək. Bununla da Huawei Nova 4 2310x1080 piksel keyfiyyətli 6.41 düym ekrana yiyələnmiş olur. Ekran smartfonun ön panelinin 91.8% hissəsini əhatə edir. Şirkət təmsilçiləri əsasən ekranın yuxarı hissəsində yerləşdirilmiş maksimal nazik çərçivəni diqqətdə saxlayıblar. Həmin nazik çərçivədə danışıq üçün nəzərdə tutulmuş səsgücləndiricilər var. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Kirin 970 prosessoru, GPU Turbo texnologiyalı GPU Mali-G72 qrafik sürətləndirici, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi (microSD dəstəkli) və sürətli enerji yığma texnologiyalı 3750 mAs enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun arxa panelində barmaq izi skanı texnologiyası və üçlü kamera yerləşdirilib. Modeldən fərqli olaraq kamera göstəriciləri fərqlənir. Belə ki, baza modelində 20 MP (f/2.2 diafraqmalı) + 16 MP (f/2.2 diafraqmalı) + 2 MP (f/2.4 diafraqmalı) arxa kameralar yerləşdiyi halda, daha təkmilləşdirilmiş modeldə 20 MP-lik modul 48 MP-lik kamera modulu ilə əvəz edilib. Hər iki modeldə ön kamera 25 MP-likdir. Smartfon EMUI 9 interfeysli Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə adi versiya 449$-a, 48 MP-lik kamera moduluna sahib versiya isə 492$-a satılacaq. Huawei Nova 4, 27 dekabr tarixindən hələlik yalnız Çində satışa çıxacaq.