Saatda 1600 kilometr sürət yığmalı olan avtomobil satışa çıxarılıb. Ona 316 000 dollar qiymət qoyulub, bu məbləğ isə yeni Ferrari 812 Superfast superkarının qiymətinə bərabərdir. Bloodhound şirkəti bu addımı iflas etməsinə görə atdığını elan edib. Şirkət yarımçıq qalmış Bloodhound SSC maşınından savayı digər məhsullarını da satmağı planlaşdırır. İynəvari görünüşə malik bolid 13,5 metr uzunluğundadır. Bolid hibridli raket-reaktiv mühərriklərlə hərəkətə gəlir. Buraya turbo ventilyatorlu Eurofighter qırıcısının forsajlı kamerası olan Rolls-Royce EJ200 motoru və 3 ədəd Avropa kosmik agentliyinin təchizatçısı Nammo firmasının raketi daxildir. Belə vəziyyətdə ümumi at gücü 135 000-ə çatır. Daha maraqlı məqam odur ki, yanacaq nasos 500 at güclü Jaguar V8 benzin motoru ilə işləyir.
- Baxış: 447