• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2421
— 20.12.2018 23:25

Sərnişin mikroavtobusu qəzaya düşüb, yaralananlar var

KepezTV Player

Tovuz rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb.Ağstafa rayonunun Qırılı kənd sakini, 21 yaşlı Elşən Abbasovun idarə etdiyi "Ford" markalı mikroavtobus şəhərin Heydər Əliyev prospektində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı daş hasara çırpılıb.Sürücü Elşən Abbasov və mikroavtobusda olan sərnişin Tovuz rayonunun Bozalqanlı kənd sakini, 17 yaşlı Aydan Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücüyə ambulator yardım göstərilib. Sərnişin isə xəstəxanaya aparılıb.Qəza səbəbindən prospektdə bir müddət tıxac yaranıb. Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər. Qəzaya düşən avtomobil yoldan çıxarılıb. Budan sonra nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.Faktla bağlı araşdırma aparılır.