• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1098
— 20.12.2018 15:53

Gəncənin Mərkəzi Kitabxanasının fondu bu il 528 adda 4 minə yaxın yeni nəşrlə zənginləşib

KepezTV Player

Kitabxana işçiləri bu kitabları sistemə daxil edərək oxucuların istifadəsinə verib. Yeni nəşrlər əsasən klassik, dünya və müasir Azərbaycan ədəbiyyatıdan nümunələr və elmi kitablardır. Bundan başqa balaca oxucular üçün 200-ə yaxın nağıllar və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən göndərilən kitablar da Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 21 filialına təhvil verilib. Kitabxanada 900-dən artıq nəşrin mətni elektron formada oxuculara təqdim olunur. Ötən illə müqayisədə kitabxanaya gələn oxucuların sayı 10 faiz artaraq 60 minə çatıb. Ümumilikdə Mərkəzi Kitabxananın 500 minə yaxın kitab fondu var.

Gülnaz İsgəndərova Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şöbə müdiri:“Bu il Cumhuriyyətin 100 illiyi ilə əlaqədar olaraq kitabların əksəriyyəti tarixi dövrlərimizi əhatə edir. Əvvəlki illərə baxanda bu il gənclərin mütaliə həvəsi daha çox artıbdır.Çalışrıq ki, bunu daha çox təbliğ edək kitabların müzakirəsini, təqdimatını keçirək ki, oxucularımız daha çox xəbardar olsunlar. Kitabxanamızın internet səhifələrində, sosial şəbəkələrdə fondumuza daxil olan yeni ədəbiyyatı tez-tez yeniliyirik ki, oxucularımızın daha çox xəbəri olsun”.

Qabil Hacızadə oxucu:“Axtardığım kitabı mərkəzi kitabxanadan əldə etmişəm. Oxuyub kitabı yenidən kitabxanaya təhvil verəcəm”.