• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2421
— 20.12.2018 15:58

Azərbaycan Dövlət Aqrar Universitetində beynəlxalq konfrans keçirilib

KepezTV Player

Kənd təsərrüfatının inkişafı elmə, innovativ metodlara söykənməlidir. Keçirilən konfransın əsas mövzusu məhz budur. Azərbaycan Dövlət Aqrar Universitetində aparılan elmi-tədqiqat işləri də iş adamlarının tələblərinə uyğun və kommersiyalaşdırılır, universitet-fermer əlaqələrinin gücləndirilməsinə hesablanıb. Bu baxımdan aqrar sahənin inkişafında innovasiyaların rolunun artrılmasının vaciliyi prioritet olaraq qalır. 

İbrahim Cəfərov ADAU-nun rektoru:“Rəsmi statistikaya görə bu gün Azərbaycan əhalisinin 38%-i kənd yerlərində yaşayır. Həmin şəxsləri işlə təmin etmək üçün aqrar sahənin inkişafı ən vacib məsələlərdən biridir. Biz hansısa tədbirləri görüb 1,3,5 sentner hektara düşən məhsuldarlığı artıra bilərik. Amma o elmə söykənməsə davamlı, ardıcıl olmayacaq. Hamımızın məqsədi ondan ibarətdir ki, kənd təsərrüfatının qarşısında duran problemləri müzakirə edək və kənd təsərrüfatının innovativ yollarla inkişafına yollar açaq”.

Hazırda aqrar sektorda çalışan mütəxəssislərin əksəriyyəti yaşlıdır. Həmçinin elmi dərəcəsi olanların sayı 7%-dən çox deyil. Buna görə aqrar sektora cavan və savadlı kadrlar tələb olunur. Aqrar sahibkarlığın inkişafında innovasiyaların əhəmiyyətinə də toxunulan konfransda bu istiqamətdə dövlət dəstəyinin rolu, aqrar elm və aqrar təhsilin sahibkarlıq fəaliyyətinə inteqarisyası barədə də danışılıb. Eləcə də elektron kənd təsərrüfatı, torpaqdan ağıllı istifadə, aqrar univeristetdə peşəyönlümlü işlərin təşkili barədə çıxışlar da dinlənilib.

Sergey Volkov Rusiya Dövlət Yerquruluşu Universitetinin rektoru:Elm və təhsilə bir yerdə baxılmalıdır. Bu yanaşmanın aqrar sahədə tətbiqi kənd təsərrüfatında rəqabət qabiliyyətliyin artması deməkdir. Və bu sahədə tətbiq edilən texnika və avadanlıqlarda ən son yeniliklərə əsaslanmalıdır. Belə olan halda yatırılan maliyyə mənfəət gətirə bilər. Alimlər, texnoloqlar, istehsalçılar, və müəllimlər birgə effektiv elmi-texniki layihələr hazırlasa, bu elmin və kənd təsərrüfatının gələcəyinə təminatdır.

Əhməd Xeyirpur Fransa Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzinin alimi:“Bina və laboratoriyaların yenilənməsi tələblər və müəllimlər üçün çox mühumdur. Amma gənc kadrlar lazımdır. Biz gərək təklif edək ki, təcrübələrini artırmaq üçün Avropada, Amerikada, Kanadada olan yeni avadanlıqları öyrənsinlər. Bir il bir ölkədə başqa il başqa yerdə biliklərini artırsınlar, təcrübə mübadiləsi etsinlər. Çünki elm, yeni texnologiyalar, biologiya çox sürətlə inkişaf edir. Hər il hər şey dəyişir. Bu universitetdə də imknalar var amma kadr lazımdır”.

Tədbirin sonunda Rusiya Dövlət Yerquruluşu Universitetinin rektoru, akademik Sergey Volkov və Miçurin Dövlət Aqrar Universitetinin rektoru, professor Vadim Babuşkinə “ADAU-nun Fəxri Doktoru” diplomları tədqim olunub.