• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2206
— 20.12.2018 14:02

4 minə yaxın partlayıcı və pirotexniki vasitələr aşkarlanıb

KepezTV Player

Paytaxtda partlayıcı oyuncaqlar və pirotexniki vasitələr müsadirə olunub. Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti reydlər zamanı belə fakt aşkarlanıb. Müşfiqabad qəsəbəsi ərazisində 2 mağazadan ümumilikdə 1582 ədəd, iri ticarət mərkəzlərindən birindəki mağazalardan isə 2084 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr götürülüb.Bu istiqamətdə tədbirlər davam etdirilir.