• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1143
— 20.12.2018 13:58

Yük avtomobili qəzaya düşdü, yolda tıxac yarandı

KepezTV Player

Xızıda yük avtomobilinin qəzaya uğraması Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşmasına səbəb olub. Paytaxtdan Quba istiqamətində hərəkətdə olan və xurma ilə yüklənmiş maşın rayonunun Yaşma kəndi ərazisində aşıb. Qəza səbəbindən həm Bakı, həm də əks istiqamətdə yolda bir neçə kilometrlik tıxac yaranıb. Şahidlərin sözlərinə görə, hadisə yolun təmir olunan hissəsində baş verdiyindən avtomobillərin hərəkətini tənzimləmək daha da çətinləşib. Əraziyə cəlb olunan dövlət yol polisi əməkdaşlarının müdaxiləsi ilə bir neçə saatdan sonra yolda normal hərəkət təmin edilib.