Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.12.2018 13:58
Meyiti tapılan qadını öldürən tutuldu
KepezTV Player
Ucarda meyiti tapılan qadını qətlə yetirən şəxs saxlanılıb. Dekabrın 9-da Rayon Polis Şöbəsinə 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub. Polisin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qadının bıçaqla qətlə yetirilmiş meyiti dekabrın 16-da kənd ərazisində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Qaradağlı kənd sakini İlkin Çıqqarov saxlanılıb. Fakt üzrə cinayət işi başlanılıb. İstintaq aparılır.
- Baxış: 653
