• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1532
— 20.12.2018 10:32

Rocket Lab şirkəti orbitə 13 ədəd kiçik süni peyk buraxıb

Amerikanın özəl aerokosmik şirkəti Rocket Lab özünün kommersiya xarakterli ikinci yüngül Electron raket daşıyıcısını fəzaya buraxıb. Onunla birgə 13 ədəd kiçik ölçülü süni peyk də havaya qalxıb. Missiya, yeni zelandiya mənşəli, amerikalı fizik və astronom Uilyam Pikerinqin şərəfinə This One's For Pickering adını alıb. Amerika universitetlərinin tələbələri tərəfindən ərsəyə gələn peyklər orbitə NASA ilə bağlanmış müqavilə əsasında çıxarılıb. Onlar müxtəlif məqsədlər üçün istifadə ediləcək. Məsələn biri Van Allen qurşaqlarından radiasiyanın səviyyəsini ölçəcək. Məqsəd onun kosmik aparatlara nə kimi təsirini öyrənməkdir. Digəri isə kompakt 3D çaplı robotlaşdırılmış əllərin səmərəliyini yoxlayacaq.