• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2177
— 19.12.2018 14:28

Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri başlayıb

KepezTV Player

Şəmkir rayonunun dağlıq ərazilərində 9 min hektar yaxın əkin sahəsində müşahidə edilən təhlükə dənli bitgilərin məhsuldarlığını aşağı sala bilər.

Bu il havaların normadan artıq mülayim keçməsi əkin sahələrində siçanabənzər gəmiricilərin durmadan artmasına zəmin yaradıb. Bunu nəzərə alan Bitgi Mühafizə Mərkəzinin əməkdaşları sirayətlənmiş ərazilərdə kimyəvi mübarizə tədbirləri aparır. Şəmkirin Dağ Daşbulaq kəndində mütəxəssilər gəmricilərə qarşı xüsusi yemlər hazırlayaraq təsərrüfat sahiblərinə paylayıblar.  Aparılan maarifləndirici söhbətlər isə mübarizə tədbirləri zamanı insanların təhlükəsizlik qaydalarına əməl etmələrinə hesablanıb.

Kamal Savxanov – fermer: “Yayılsa məhsul götürə bilmərik. İnişil gəmrici çox oldu məhsulumuz zay oldu. Bu il mübarizə aparılırsa düşünürəm ki, yaxşı olar”

Faiq Hüseynov – fermer: “Təhülkəsi odur ki, bitgini yeyir bir ucdan. Birdə gözümüzü açacağıq ki, taxılı təmiz məhv edib. Biz indi əldə etdiyimiz dərmanları aparıb sahələrdə tətbiq edəcəyik yəqin ki, effekti olacaqdır”

Fitosanitar müşahidələr və mübarizə tədbirləri rayonun Ələsgərli və Çənlibel kəndlərində artıq yekunlaşıb. 

Çingiz Süleymanov - Şəmkir Rayon Bitgi Mühafizə Mərkəzinin rəisi: “Şəmkir rayon ərazisində 8 min 600 hektar sahədə fitosanitar müşahidə işləri aparılıbdır. Müşahidələr zamanı 3460 hektar  sahədə siçanabənzər gəmiricilərlə yoluxma qeydə alınıb. Bu günə kimi 2450 hektar sahədə mübarizə tədbirləri aparılıb və bioloji mübarizə səmərəliliyi 85-90%-dir”

Ötən ildən fərqli olaraq bu il siçanabənzər gəmiricilər aran zonasında deyil daha çox dağlıq ərazilərdə kütləviliyi ilə müşahidə olunur. Əgər 1 hektar sahədə 70-dən artıq gəmrici yuvası varsa təsərrüfat sahibləri kimyəvi mübarizə tədbirləri üçün Bitgi Mühafizə Mərkəzlərinə müraciət etməlidir.