• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2383
— 19.12.2018 14:36

Gəncədə gənclərlə dini radikalizm və ekstremizmə qarşı mübarizə mövzusunda görüş keçirilib

KepezTV Player

Gəncədə gənclərlə dini radikalizm və ekstremizmə qarşı mübarizə, eləcə də insan alverinə qarşı mübarizə mövzularında görüş keçirilib. Şəhər Gənclər və İdman Baş İdarəsinin İnsan Alverinə Qarşı Mübarizə Mərkəzi ilə birgə təşkil etdiyi tədbirdə, bəzi radikal qrupların din pərdəsi altında, xüsusən də gəncləri düzgün olmayan istiqamatə yönləndirmələri və təsir altına salmaq cəhdkəri barədə danışılıb. Həmçinin aldadılaraq müxtəlif zorakılıqlara məruz qalan və istismar olunan insanlara yardımların göstərilməsi də danışılan mövzulardan olub. Tədbirdə  müasir Azərbaycan gəncinin bu kimi təxribatla getməyəcəyi, dövlət müstəqilliyinin və sabitliyin qorunmasında əzmlə mübarizə aparacağı ifadə olunub. Görüşün sonunda insan alveri və dini radikalizim qarşı mübarizəni əks etdirən film nümayiş etdirilib.

Sin: Müşviq Cəfərov Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: Gənclər üçün bu tədbirlərin müsbət tərəfləri çoxdur. Çünki məhz gənclər üçün çoxlu suallar var ki, bu cür tədbirlər vasitəsi ilə öz suallarını verərək cavab ala bilirlər. Hesab edirəm ki, bu sırf gənclərin, gələcək nəslin mariflənməsində xüsusəndə din mövzusunda tərbiyələnməsində, mariflənməsində, düzgün istiqamət götürməsində müsbət rol oynayır.