• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2282
— 19.12.2018 14:34

Gədəbəy rayonunun daha səkkiz yaşayış məntəqəsinə təbii qaz verilib

KepezTV Player

Gədəbəyin Ermənistanla sərhəddə yerləşən Şınıx bölgəsində kəndlərin  mərhələli şəkildə qazlaşdırılması davam etdirilir. Daha 8 kəndə mavi yanacağın verilməsi ilə 720 abonent qazdan istifadə imkanı qazanıb. Əyridərə, Qaravəlilər, Məmmədcəfərli, Dördlər, Qasımlı, Motudərə, Çaldaş və Səbətkeçməz kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 65 klometrə yaxın xətlər çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Bu il rayonun 22 kəndində 2182 abonentin mavi yancaqla təchiz edildiyi vurğulanıb. Hazırda 61 yaşayış məntəqəsi üzrə 13 min 613 abonent təbii qazdan istifadə edir. Rəsmi hissədən sonra kəndlərə qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb, evlərdə qaz cihazına baxış keçirilib, təhlükəsizliklə bağlı təlimatlar verilib.

Sevda Rzayeva - sakin: Uzun illər yanacaq cəhətdən çox çətinlik çəkmişik. Odun yandırırdıq. Buda meşələrimizin qırılmağına səbəb olurdu. Çox sağ olsun hörmətli prezidentimiz bu layihəni təşkil etdi. Ən ucqar kəndimiz olan Ermənistanla sərhəddə yerləşən Mutudərə kəndində qazı verdirdi. Çox sağolsun bütün kənd sakinləri adından minnətdarlığımızı bildiririk. 

Mirbəşir Manafov - sakin: Odun tədarük etmək çox çətin olurdu. Amma indi qazın verilişi bütün evlərdə bizim işlərimizi asanlaşdırdı. Camaat buna çox sevinir. Bundan hamımız razıyıq. İndi biz öz evimizdə istədiyimiz vaxt qazdan səmərəli istifadə edə biləcəyik.

 

Natiq Hüseyn