• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 708
— 19.12.2018 10:01

Arılar üçün nanoçanta ixtira edilib

Vaşinqton Universitetinin mütəxəssisləri arılara nəzarət etmək üsulunu tapıblar. Alimlər arılar üçün məlumat toplayan nanoçanta ixtira ediblər. Arının bel hissəsində yerləşdirilən xüsusi nanoçanta öz kiçik ölçüsünə görə onu narahat etmir. Çəkisi təxminən 0,01 qram olan nanoçantaya arının hərəkəti, bədən temperaturu, sürəti və digər xüsusiyyətləri haqqında informasiyanı toplayan sensorlar yerləşdirilib. Nanoçantanın kiçik ölçüsünə görə ona GPS sensor quraşdırmaq mümkün olmayıb, amma bağda yerləşdirilmiş antenaların köməyi ilə arının yeri haqqında məlumatlar toplanılır. "Ağıllı" nanoçanta 30 kilobaytadək məlumat saxlaya bilər. Bu da arının bir günlük fəaliyyəti haqqında bütün informasiyanın yazılması üçün kifayət edir. Alimlər toplanmış məlumatları bu və ya digər həşərat növlərini öyrənmək və arıların məhsuldarlığını artırmaq məqsədi ilə təhlil edirlər.