KepezTV Player
Dəmir yolu xəttində təmir işləri aparan 2 nəfəri elektrik cəryanı vurub. Bədbəxt hadisə Goranboy rayonunun ərazisində, "Goran Stansiyası"nın yaxınlığında qeydə alınıb. Həmin ərazidən keçən dəmiryolu xəttindəki elektrik xətlərində təmir işləri aparan, Yevlax rayon sakinləri 61 yaşlı Fikrət İsgəndərov və 33 yaşlı Rauf Məmmədovu ehiyatsızlıqdan elektrik cərəyanı vurub. Hər iki şəxs təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 61 yaşlı Fikrət İskəndərov xəstəxanada dünyasını dəyişib. Yanıq xəsarətləri alan Rauf Məmmədov isə tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 574