• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2232
— 18.12.2018 10:09

Porsche şirkətinin yeni şarj texnologiyası elektromobilləri 3 dəqiqəyə enerjilə təmin edir

Almaniyanın Phoenix Contact adlı şirkəti FastCharge layihəsinin nəticələrini açıqlamağa başlayıb. Bu layihə elektromobillərin şarj prosesini daha sürətli etmək üçün nəzərdə tutulub. FastCharge layihəsi hələ 2016-cı ilin iyul ayında start götürmüşdü. Daha sonra BMW, Porsche və Siemens kimi şirkətlər Phoenix Contact-ın texnologiyası əsasında sürətli şarj stansiyalarını yaratmaq qərarına gəldilər. İndi isə Porsche şirkəti bildirib ki, bu cür şarj stansiyası artıq istifadəyə verilib. 450 kilovatt gücə sahib şarj stansiyasının prototipi Almaniyada yerləşir. İndiki elektromobil modellərindən heç biri bu dərəcədə enerji gücünü qəbul edə biləcək vəziyyətdə deyil. Lakin Porsche-nin test avtomobili 400 kilovattdan yüksək şarj gücünü sərgiləyib. Bu isə 100 km yol qət etmək üçün nəzərdə tutulmuş enerjinin 3 dəqiqəyə yığılmasına bərabərdir. Kommersiya məqsədli elektromobillərdən bu texnologiyanı ilk istifadə edəcək model isə Porsche Taycan olacaq. Lakin buna baxmayaraq şarj stansiyasında öz elektromobilini istənilən şəxs şarj edə biləcək.