• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 725
— 18.12.2018 14:52

Gəncə teatrları bayram günləri üçün xüsusi repertuar hazırlayıb

KepezTV Player

Gəncənin teatrlarında bayram günlərində balacalara nümayiş olunacaq səhnəciklər üzərində son məşqlər gedir. Balacalar kukla və dram teatrlarının səhnəsində yeni tamaşalara baxa biləcək.

Gəncə Dövlət Dram Teatrında xalq nağılları əsasında Mehman Musabaylinin senarisi əsasında hazırlanan “Şəngül, Şüngül və Məngül” tamaşası nümayiş olunacaq. Tamaşada keçinin üç balasının başına gələn hadisələr yer alıb. Elşad Əhmədovun quruluş verdiyi səhnəcikdə yeni ilin simvolulları Şaxta baba və Qar qız da balacaların görüşünə gələcək.

Əli Qasımov Gəncə Dövlət Dram Teatrının direktoru: “Çalışırıq ki, bu il tamam fərqli bir iş təqdim edək. Həm tamaşanın bədid səviyyəsinin yüksək olması baxımından, eyni zamanda səhnədə olan dekorların, işıq effektləri, bəzədilmə nəzərə alınır ki, bunlar hamısı tamaşa kömək edən vastədir ki, bunları yüksək səviyyədə təqdim edəcəyik.Tamaşada gənclərdə səmimiyyət, düzgünlük, həqiqət, dostluq, vətənpərvərlik aşılanacaqdı”.

“Şəngül, Şüngül və Məngül”də teatrın qocaman aktyorları ilə yanaşı gənclər də rol alıb.  

Nailə Əhmədova aktrisa: “Mən burada ana keçi  obrazını oynayıram. Üç dənə keçinin anasıyam. Qısa kadrlarda görsənsəmdə tamaşanın çox yükü mənim üzərimə düşür. Hər kəsi gözləyirik”.

Könül Kazımova aktrisa:  “ Keçinin balaca dəcəl balasını canlandırıram. Amma dəcəl olmasına baxmayaraq anasının sözünə baxan məngül olur. Biz göstəririk ki, valideynlərin sözünə qulaq asmaq lazımdı. Çünki keçinin balaları valideynin sözünə qulaq asmayan da başına nələr gələcəkdir körpə balalarımız gəlib görəcəklər”.

Gəncə Dövlət Kukla Teatrının yaradıcı kollektivi isə balacaların görüşünə “Otuz birinci otaq” tamaşası ilə gələcək. Şaxta baba “Otuzbirinci otaqda” yaşayır və orada sehrli yolka var. Şaxta baba hər il o yolkanı balaca dostlara təqdim edir. Şər qüvvələr isə bu il yolkanı oğurlamaq qərarına gəlir. Hadisələrin necə cərayan edəcəyini tamaşaya baxmaqla bilmək olar.

Fərmayıl Paşayev Gəncə Dövlət Kukla Teatrının direktoru: “Bir çox yeniliklər olacaq. İşıq effektlərimiz tamamilə yenidi, fosfo rlu işıqlardan istifadə olunub, səslərdə müxtəlif üsullardan istifadə etmişik. Tamaşaçılar səhnədə olan gözəlliyi ilk baxışdan hiss edəcəklər”.

Şamil Məmmdəli quruluşçu rejissor: “Çalışmışıq ki, bu ildə hər şey uşaqların ürəyincə olsun. Yeni nağıl qəhrəmanları gətirmişik. İstər mənfi, istərsədə müsbət obraz. Malfsentrdı, siçanlar kralı obrazıdır ki, bunlarda uşaqların efirdən həvəslə izlədikləri obrazlardı Uşaqlar gəlib onları bizim tamaşada görə biləcəklər”.

Zülfiyyə Əliyev aktrisa : “Mən bu tamaşada Malfsentr rolunu oynayıram. Hansı ki, şər və bəd əməlləri sevən cadugər roludur. Amma sonda şər qüvvəyə qalib gəlirlər”. 

Dram Teatrda tamaşa dekabırın 28-dən yanvarın 8-dək 4 seans, Kukla teatrında isə dekabırın 23-dən yanvarın 7-nə kimi  gün ərzində 4 dəfə nümayiş olunacaq.