• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 821
— 18.12.2018 14:00

Fəhlə damdan yıxılaraq ölüb

KepezTV Player

Gəncədə fəhlə bədbəxt hadisənin qurbanı olub. Bərdə rayon sakini, 34 yaşlı Elxan Hacıyev Yeni Gəncə qəsəbəsində binanın dam hissəsində təmir işləri görərkən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.