• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3545
— 18.12.2018 13:55

Cibgirliklə məşğul olan şəxslər tutulublar

KepezTV Player

Paytaxtda Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lökbatan qəsəbəsi ərazisindəki “Sədərək” ticarət mərkəzində Abşeron rayon sakini olan qadının içərisində 440 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı sakini Nəriman Məmmədov saxlanılıb.Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə marşrut avtobusunda Bakı şəhər sakininin cibindən mobil telefonunu oğurlamağa cəhd göstərən paytaxt sakini, əvvəllər oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nizami Dadaşov saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır.