• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1540
— 17.12.2018 14:18

ADAU-nun mütəxəssisləri torpaqsız pomidor yetişdiriblər

KepezTV Player

Bol məhsulun əldə olunmasında xəstəlik və zərəvericilərə qarşı heç bir dərmandan istifadə olunmayıb. Unievrsitetdə cari ilin sentyabrından aparılan təcrübə uğurla nəticələnib. Pomidoru torpaqsız əkəndə xüsusən qış aylarında keyfiyyət ürəkaçan olmur. Amma mütəxəssislərin yetişdirdiyi bu bitkiyə düzgün qulluq nəticəsində yüksək məhsuldrlıq əldə olunub. Eləcə də bazardakı anoloji növlərindən öz xüsusi ətri ilə fərqlənir. Əldə edilən bu məhsulda quru maddənin miqdarı bazarlarda satılan pomidora nisbətən 2 dəfə artıqdır. Məhsulun qiyməti 1 man 50 qəpik olmaqla satışı da həyata keçirilir. Pomidorun ADAU brendi adı altında marketlərdə də satışı planlaşdırılır. Hazırda kiçik ərazidə əkildiyindən tələbatın yalnız müəyyən hissəsi ödənilir. Fermerləin də bu işə cəlb olunması istiqamətində fəaliyyət var. Amma kokobit baha olduğundan fermerlər üçün sərfəli olmaya bilər. Ona görə mütəxəssilər torpaqda kokobitli şərait yaratmaq üzərində təcrübələr aparırlar.

Vüqar Bəşirov -ADAU-nun prorektoru:“Havanın soyuq vaxtı istehsal etdiyimiz pomidor açıq sahə pomidorundan daha da keyfiyyətlidir. İstifadə etdiyimiz pomidor hibridi F1 hibdiridir-banditadır. Hamı bilir bu hibridin adını . bazarda istifadıə olunna bir hibriddir. Eyni hibrid olsa da becərmə texnologiyasını biz elmi əsaslarla etmişik. Bu sorta nə laızmdırsa qida rasionunu düzgün tutmuşuq. Elementləri bitkiyə düzgün nisbətdə vermişik bitkiyə. Lazım olan vaxt və lazım olan miqdarda vermişik. Bitkiyə nə laızmdırsa biz onu veririk. Bitkiyə özünü xoşladığı ən yaxşı ən konfortlu şərait yaradırıq”.