Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə “Mənim Vətəndaşlıq Borcum” adlı sosial layihəyə start verilib. Layihə çərçivəsində paytaxt Bakıdan ezam olunan ixtisaslı həkim briqadası bölgələrdə sakinlərin müayinə və müalicəsini aparır. Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş tutan 2 günlük aksiya zamanı terapevt, uroloq, ginekoloq, endokorinoloq və digər sahələr üzrə həkimlər sakinləri müayinədən keçirib, ehtiyac duyulanlara müvafiq müalicə yazılıb. Tibbi müayinələrə əsasən şəhid ailələri, qarabağ əlilləri və onların ailə üzvləri eləcə də aztəminatlı və imtiyazlı ailələr cəlb edilib. Gün ərzində 300-dən çox sakini müayinə edən həkim briqadası pasentlərə müvafiq tövsiyyə və tapşırıqlarını verib.
Fərhad Verdiyev - həkim: Toplam 8 ixtisas üzrə müayinələr aparılır. Bəzi mürəkkəb xəstəliklər aşkarlanıb. Onlar günün sonunda yerli kadrlarla birlikdə müzakirə olunacaq və müalicə tkatikası bəlli olacaq.
Məhəbbət Paşayeva - Qarabağ Müharibə Veteranı, həkim-terapevt: Terepevt-həkim kimi qeyd etmək istəyirəm ki bu gün müayinə etidyim xəstələr içərisində ən çox rast gəldiyim xəstəlik ürək qan təzyiqi yuxarı olan həzm orqanlarında və uroloji problemi olanlar çox oldu. Xəstələr müayinə edildikdən sonra profillər üzrə yönləndirilir.
Natiq Hüseyn
- Baxış: 312