• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2225
— 17.12.2018 13:22

Maral ovlayan brakonyerlərlə bağlı təhqiqata başlanılıb

KepezTV Player

6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Qəbələdə reyd keçiriblər. Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam Meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib. Bir baş dişi maralın vurulduğu qeydə alınıb. Brakonyerlərin şəxsiyyətlərinin müəyyən edilərək, məsuliyyətə cəlb olunmaları üçün Qəbələ rayon Polis Şöbəsinə müraciət edilib. Adı Azərbaycanın “Qırmızı Kitabı”na düşən maralı ovlayan şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində təhqiqat aparılır.