• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2208
— 17.12.2018 13:23

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

KepezTV Player

“Astara” dövlət sərhədindən buraxılış məntə­qəsində sərhədçilər tərəfindən İrandan Azər­bay­cana gələn İslam Respublikası vətən­daşı, 16 yaşlı yeniyetmənin üzərində 320 qram he­roin aşkar olunaraq götürül­üb. Narkotik vasi­tə­nin sifarişçi­si­nin müəyyənləşdirilməsi məqsədilə keçirilən tədbirlər nəticə­sində Bakı sakinləri 26 yaşlı Kazım Səfərov və 24 yaşlı Elyaz Nəsirov sax­lanılıblar. Daha bir əməliyyatla “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əhmədli kən­di ərazisindəki sərhəd zastavasının xidməti ərazisində İrandan Azər­bay­can istiqamətində dövlət sər­­hə­dini pozmuş Bərdə sakini 42 yaşlı Tələt Cəfərov və Ağcabədi sakini 41 yaşlı Namiq Quliyev 2270 qram marixuana ilə saxlanılıblar. Dövlət Sərhəd Xidməti və Dovlət Təhlkə­siz­liyi Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliy­yat-axtarış tədbirləri nəticə­sində isə Yardımlı rayonu ərazisində “Mer­se­des” markalı avtomobilə baxış keçirilib, salondan 1145 qram heroin aşkarlanıb. Maşında olan Şəm­kir sakini, 27 yaşlı Vüsal Əlizadə, Mingəçevir sakini, 34 yaşlı Elçin Soltanov və Sumqayıt sakini, 41 yaşlı Hüseyn Hüseynov saxlanılıblar.