• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 17.12.2018 13:32

Ağır qəzada ölən və xəsarət alanlar var

KepezTV Player

Ağcabədi rayonu Boyat kəndində ağır qəza qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq, əks istiqamətdə hərəkət edən "VAZ 2107"-yə, daha sonra isə qarşı tərəfdə hərəkətdə olan traktorun qoşqusuna çırpılıb. Qəza zamanı "VAZ-2106"-da olan, Qaraxanlı kənd sakini, 24 yaşlı Namiq Fərzəliyev dünyasını dəyişib. Hadisə nəticəsində daha iki nəfər, o cümlədən "VAZ-2106"-nın sürücüsü Tahir Əliyev xəsarət alıb. Yaralılar ətrafdakı insanların köməyi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Bakı-Qazax magistralının Şəmkir rayon ərazisindən keçən hissəsində qəza baş verib. "Vaz 21015" və "Mitsubishi Pajero" markalı iki avtomobilin toqquşması nəticəsində, VAZ-ın sürücüsü, 58 yaşlı Zirəddin Qasımov, həyat yoldaşı, 57 yaşlı Rəna Qasımova, həmçinin onların nəvələri: 4 yaşlı Nuray və 7 yaşlı Yusif Bayramovlar müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdiriliblər.

Daha bir analoji qəza Qaxda yaşanıb. Şəhərin Səməd Vurğun və Aydın Məmmədov küçələrinin kəsişməsində rayon sakini, 40 yaşlı Zaza Kuloşvilinin idarə etdiyi "Opel" markalı avtomobil Ləkit kənd sakini 47 yaşlı Səfər Hacıyevin sürdüyü "VAZ-2106" ilə toqquşub. VAZ-ın sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub və lazımi tibbi yardım göstərilib. Müalicəsi Cərrahiyə şöbəsində davam etdirilir.

Qaxda baş verən daha bir qəzada qayınata ehtiyatsızlıqdan kürəkənini maşınla vurub. Hadisə Turaclı kəndində 40 yaşlı Rəşad Ramazanov avtomobil təmir edərkən baş verib. Kürəkən Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya qarının sağ yarısının küt zədəsi diaqnozu qoyulub.Qəzaların səbəbləri araşdırılır.