• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1180
— 17.12.2018 13:25

Mübahisə edənləri sakitləşdirmək istədi, canından oldu

KepezTV Player

Bakı şəhəri, Nizami rayonunda yerləşən dönərxanalardan birində dava olub. 26 yaşlı İlham Soltanəliyevin başqa bir şəxslə mübahisəsi düşüb. Dönərxanada kuriyer işləyən 28 yaşlı Səbuhi Səfərov tərəfləri sakitləşdirmək üçün araya girib. Bu zaman Soltanəliyevin əlindəki bıçağın zərbəsinə tuş gəlib. Ayaq nahiyəsindən xəsarət alan Səbuhi Səfərov qanitirmədən dünyasını dəyişib. İlham Soltanəliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.